12 may 2025 13:43
104

Fidan Suriyanın xarici işlər naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd Həsən Əl-Şaybani ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Türkiyə-İordaniya-Suriya xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.