12 may 2025 10:40
83

Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı

ABŞ Prezidenti Donald Tramp "ABC News"un jurnalisti Marta Raddatsın yeni Roma Papası XIV Leonun seçilməsi prosesində onun hansı rol oynadığı ilə bağlı verdiyi suala kəskin etirazını bildirib.

“İki sahil” xəbər verir ki, siyasətçi bununla bağlı özünün "Truth" şəbəkəsindəki hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, bu sual tamamilə yersizdir və Tramp mövzusuna aludə olmuş bir zehindən qaynaqlanır.

Tramp, həmçinin xatırladıb ki, ABŞ-də keçirilmiş prezident seçkisində ölkənin müxtəlif bölgələrində katolik seçicilərin əhəmiyyətli hissəsi - 54 faizi ona səs verib.

Xatırladaq ki, Tramp daha əvvəl amerikalının yeni Roma Papası seçilməsini ABŞ üçün "böyük şərəf" adlandırmışdı. Bundan bir qədər əvvəl isə prezident özünün Papa geyimində olan fotosunu sosial şəbəkədə paylaşmış, bu isə Vatikanın tənqidləri ilə qarşılanmışdı.

Qeyd edək ki, yeni Papa Prevo Konklavda kardinallar tərəfindən keçirilən səsvermə nəticəsində Roma Papası seçilərək tarixdə 267-ci Papa olub. O, Müqəddəs Taxta rəhbərlik edən ilk amerikalıdır.