12 may 2025 16:20
110

Böyük Britaniyada TƏHLÜKƏLİ HAVA XƏBƏRDARLIĞI

Böyük Britaniyada sarı hava xəbərdarlığı elan edilib. Sinoptiklərin məlumatına görə, bölgədə hava şəraitinin pisləşəcəyi, xüsusən tufan və leysan yağışlarının daşqınlara səbəb ola biləcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Meteorologiya Bürosuna istinadən "Sky News" məlumat yayıb.

Xəbərdarlıq mayın 12-i, bazar ertəsi günortadan günün sonuna qədər qüvvədədir.

Qeyd edilib ki, siklon demək olar ki, bütün Uelsin və İngiltərənin bir hissəsini əhatə edəcək.

"Bəzi ərazilərdə dolu, tufan, şimşək çaxması, güclü külək və şaxta riski var" - deyə, "Sky News" qeyd edib.