12 may 2025 21:06
94

Ərdoğan: Kəşfiyyat idarəmiz bundan sonrakı prosesi diqqətlə izləyəcək

PKK-nın özünü ləğvetmə və tərksilah olma qərarı Türkiyənin sabitliyi baxımından çox önəmlidir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.

Onun sözlərinə görə, “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur: “Qazanan millətimiz, ölkəmiz və regiondakı qardaşlarımız olacaq. Kəşfiyyat idarəmiz bundan sonrakı prosesi diqqətlə izləyəcək”.

Dövlət başçısı qeyd edib ki, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər olacaq.