12 may 2025 22:00
99

Rubiodan Fidana SÜRPRİZ TELEFON ZƏNGİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Danışıq zamanı ikitərəfli məsələlər, eləcə də Suriya, Qəzza və Ukrayna daxil olmaqla regional məsələlər müzakirə edilib”, – telekanal diqqətə çatdırıb.

Türkiyənin XİN başçısı Suriyanın “sabitliyi və rifahı baxımından” bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığında ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsinin vacibliyi qeyd edilib.

Bundan başqa, tərəflər planlaşdırılan Rusiya – Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.

“14-15 May tarixlərində Antalyada keçiriləcək NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Rubionun Türkiyəyə edəcəyi səfərin təfərrüatları müzakirə edilib”, – telekanal bildirib.