Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin “Əl-Madar” mərkəzində olub.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, nazirə mərkəzin fəaliyyəti, regional və qlobal hadisələrin monitorinqində rolu, nazirliklər və diplomatik nümayəndəliklər arasında əlaqələndirmə işləri barədə məlumat verilib.
C.Bayramov həmçinin Bəhreyn Milli Muzeyini də ziyarət edib və bu ölkənin irsini əks etdirən geniş çeşiddə tarixi əsərlərlə tanış olub.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib