13 may 2025 13:07
125

Artıq 102 min uşaq birinci sinfə qəbul olunub

2025–2026-ci tədris ili üçün mayın 1-dən başlanan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhisl üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib. Direktor bildirib ki, artıq mayın 12-dən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-dək davam edəcək.

“Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir”, - deyə Eşqi Bağırov bildirib.