13 may 2025 20:34
116

FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.