14 may 2025 14:37
106

Papa Leo hərbi münaqişələrin həllində vasitəçi olmağa hazırdır

Roma Papasə XIV Leo dünyada silahlı münaqişələrin həllində vasitəçi olmağa hazır olduğunu bildirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu barədə Şərq kilsələrinin nümayəndələri ilə auditoriyada çıxışı zamanı deyib: “Mən bu sülhün yayılmasını təmin etmək üçün hər cür səy göstərəcəyəm”.

Pontifik vurğulayıb ki, Müqəddəs Taxt-Tac qarşı tərəflər arasında görüşlərə açıqdır, çünki insanlar sülhə layiqdirlər.

“Xalq sülh istəyir və mən bütün qəlbimlə liderlərə deyirəm: gəlin görüşək, danışaq, danışıqlar aparaq”, - o, sözlərini yekunlaşdırıb.