14 may 2025 15:09
107

Türkiyəyə gedəcək Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı AÇIQLAMA

İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi həm siyasi, həm də texniki müzakirə olunan mövzular əsasında müəyyənləşəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Zarubin Telegram kanalında Uşakovun bəyanatının videosunu yayımlayıb.

“Nümayəndə heyəti siyasi və bir sıra texniki məsələləri müzakirə edəcək və bunun əsasında tərkib müəyyən olunacaq”, - deyə prezidentin köməkçisi bildirib.

Danışıqların məkanı ilə bağlı sualı cavablandıran Uşakov bildirib ki, bu məsələ ilə bizim baş konsulluğumuz və Türkiyənin müvafiq qurumları məşğuldur.