14 may 2025 23:58
92

İndiyə qədər heç bir cavab verilməyib - Kobaxidze

Gürcüstan ABŞ ilə real və konkret nəticələrə əsaslanan strateji tərəfdaşlığı bərpa etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi LIVE” verilişində danışıb.

“Biz ABŞ ilə strateji tərəfdaşlığın yenilənməsinə tam açığıq. İstəyirik ki, bu münasibətlər konkret nəticələr doğuran, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq olsun. Hazırıq ki, hər iki ölkə üçün konkret yol xəritəsi hazırlayaq, burada həm Gürcüstanın, həm də ABŞ-nin maraqları və faydaları əks olunsun”, – İ.Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, ölkəsi gözləmə mövqeyindədir: "Dəfələrlə bəyan etmişik ki, strateji əməkdaşlığa hazırıq. Ancaq indiyə qədər heç bir cavab verilməyib".