Bu gün paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib