15 may 2025 13:38
206

Zelenskinin təyyarəsi Ankarada eniş edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankarada eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bu gün onun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir, görüşdən sonra Ukrayna Prezidenti mətbuata bəyanatla çıxış edəcək.

Daha əvvəl bildirilmişdi ki, bu görüşdən sonra Zelenski artıq İstanbulda olan Rusiya nümayəndə heyəti ilə danışıqlarla bağlı növbəti addımlar haqqında qərar qəbul edəcək.