16 may 2025 12:14
162

Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində balans qovşaqlarının təmiri ilə əlaqədar saat 09:45-dən etibarən qaz təchizatı dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə İnşaatçılar qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.