18 may 2025 08:24
99

Ürək-damar xəstəliklərinə qarşı olan qidalar

Son vaxtlar dünyada insanlar daha çox ürək-damar xəstəliklərdən əziyyət çəkirlər. Eləcə bizim respublikada da belə. Acınacaqlı haldır ki, bu sahədə olan ölüm faizləri hər il artır. Mütəxəssislər buna əsas səbəb kimi müasir həyat tərzini, fiziki fəaliyyətin azlığını, ən əsası isə qəbil edilən qidaların yararsızlığını göstərirlər. Odur ki, qida rasionuna düzgün əməl etməklə ürək xəstəlikləri riskinin qarşısını nisbətə almaq olar.

Birinci zeytundan başlamaq istəyirəm. Ondan alınan məhsullar insanın sağlam yaşamasında böyük əhəmiyyətə malikdir, ürəyin normal fəaliyyətinə xüsusi olaraq dayaq durur. Bu da zeytunun tərkibində E vitamini, bir sıra faydalı minerallarla zənginliyindən irıli gəlir. Zeytun təzyiqi, xolesterol dəyərlərni salmağa, soyuqlamanı aradan qaldırmağa, trombların əmələ gəlməsinin qarşısını almaqda mühüm rola malikdir. Eyni zamanda ürək xəstəliklərinə münbit şərait yaradan stressdən insanı qoruyur. Dediyim keyfiyyətlər balıqlarda da vardır. Belə ki, tərkibində Omeqa- 3 olan, ən çox qızıl, tuna, skumbriya balıqlarını yemək vaxtı qəbul edəndə ürək-damar xəstəliklərin riski azalır.

Vaxtaşırı dənli bitkilərlə qidalanmağın da ürəyin sağlam döyünməsinə xeyri danılmazdır. Çünki dənli bitkilər insultun əlamətlərinə qarşı effektlidir, həmçinin qan şəkəri ilə mübarizə aparmağı yaxşı bacarır. Bu səbəbdən damarlar öz vəzifəsini düzgün görür, qanın hərəkətinə heç bir maneə olmur, orqanizmdə iltihablaşma baş vermir. Sadə yulaf necə deyərlər, belə unikal xüsusiyyətlərin mənbəyidir. Daha sonra tərkibində müxtəlif vitaminlər, protein, minerallar olan soya infarktdan, insultdan yaxşı qoruma vasitəsidir. Çərəz də bu siyahiya daxildir. Ondakı doymamış yağlar, zülal, E vitamini, kalium, maqnezium ürək-damar xəstəliklərinə qarşı olan qidalardır.

Qan təzyiqini tənzimləməsində yaşıl tərəvəzlər olduqca xeyirlidir. Eləcə onların tərkibini təşkil edən vitamin və mineral birləşmələr diabetin qarşısını vaxtında alır, şah damarların divarlarını qoruyur. Bunlardan pomidor daha üstündür. Bu tərəvəz A və C vitamini, antioksidantlarla zəngindir, damarların tutulmasına imkan vermir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü