16 may 2025 15:02
163

BANM-ın 5 startapı ölkəmizi “GIST Innovates South Caucasus 2025”də təmsil edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 5  beş innovativ startap layihəsi “GIST Innovates South Caucasus 2025” proqramına seçilib.

BANM-dən seçilmiş layihələr:

CleanX – Tullantı yağların ekoloji cəhətdən təmiz və bioloji əsaslı təmizləyici vasitələrə çevrilməsi üzərində işləyir.
CLIMASEL – Enerji səmərəliliyini artırmaq məqsədilə binalar üçün innovativ divar və tavan panelləri inkişaf etdirir.
CaptureX – Sənaye tullantılarından karbon dioksidin tutulması üçün ion maye membran texnologiyası hazırlayır.
BullyGuard – Məktəblərdə zorakılığın qarşısını almaq məqsədilə real vaxtda aşkarlama sisteminə malik ağıllı qolbaq və mobil tətbiq təqdim edir.
AgroWise – Fermerlər üçün süni intellektə əsaslanan avtonom torpaq analiz sistemi ilə məhsuldarlığı və qərarverməni artırmağı hədəfləyir.

Səkkiz həftəlik pre-akselerator mərhələsi Tbilisidə keçiriləcək açılış seminarı ilə başlayacaq.