16 may 2025 16:35
117

Culfa şəhərində binaların istilik sistemləri yenidən qurulur FOTO

Son illər ölkə üzrə aparılan genişmiqyaslı abadlıq və infrastruktur yenilənməsi layihələri çərçivəsində Culfa şəhərində də mühüm işlər həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  bu tədbirlərin bir hissəsi olaraq, şəhərdə yaşayış binalarında istilik sistemlərinin yenidən qurulmasına start verilib.

Məqsəd şəhər sakinlərinə daha təhlükəsiz və qənaətcil istilik təminatı yaratmaqdır. Belə ki, Culfa şəhərində yerləşən 8 ədəd yaşayış binasının istilik sistemlərinin yenilənməsi üçün 1 noyabr 2024-cü ildə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən açıq tenderin qalibi olmuş “Puva İnşaat Təsisat Sənaye və Ticarət Limited” şirkətinin Azərbaycandakı filialı tərəfindən işlərə start verilib.

Şirkətin əməkdaşları sıradan çıxmış, istismar müddəti bitmiş dəmir boruları müasir texnoloji standartlarla hazırlanmış plastik borularla əvəz edirlər. Həyata keçirilən işlər şəhər sakinlərini daha təhlükəsiz şəkildə istiliklə təmin etməklə yanaşı, həm də enerji ehtiyatlarından səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.