Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir.
“İki sahil” xəbər verir ki, bunu mayın 13-də TÜRKSOY-un Baş katibi Sultan Raev jurnalistlərə açıqlaqmasında bildirib.
O qeyd edib ki, Türk dünyasının birliyində Naxçıvanın rolu çox böyükdür:
"Bu gün Naxçıvan Dövlət Universitetində Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakın kitablarının təqdimatı tədbirində iştirak edirəm. Bu təkcə siyasi xarakter daşımır, eyni zamanda bir sənət əsəridir və Avropada çox məşhurdur. Bu gün biz Naxçıvandayıq. Naxçıvanın Türk dünyası üçün rolu çox önəmlidir".
"Naxçıvan tarixdə və mədəniyyətdə müqəddəs bir yerdir. Demək istərdim ki, Naxçıvan torpağında dünyaya gələn Heydər Əliyev Azərbaycanın dahi şəxsiyyətidir. O, bizim Türk dünyamızın memarıdır. Heydər Əliyev Türk dünyasına çox böyük töhfələr verən bir şəxsdir. Bu gün Heydər Əliyevin torpağında olmaqdan çox qürur duyuram. Çox təşəkkür edirəm", - baş katib əlavə edib.