18 may 2025 17:00
117

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.

“İki sahil” xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.