Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi olub.
“Kardioloq və kardiocərrahların iştirakı ilə keçirilən tədbirdə ürək-damar cərrahiyyəsi sahəsindəki ən son elmi yeniliklər, təcrübələr və müasir yanaşmalar müzakirə olunub. Həmçinin Maraqlı çıxışlar və elmi müzakirələrlə zəngin konqres həyata keçirilib”.
“İki sahil” xəbər verir ki, bu barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdiyeva bildirib.
“Konqres çərçivəsində Türkiyənin ürək transplantasiyası sahəsində ilk qadın həkimi olan Prof. Dr. Serap Aykut Aka ilə görüşmək də çox xoş oldu. Konfransa dəvətə görə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri, professor Kamran Musayevə təşəkkürümü bildirirəm. Konqres iştirakçılarına uğurlar arzu edir, belə möhtəşəm elmi tədbirlərin davamlı olmasını arzu edirəm” deyə Y. Abdiyeva vurğulayıb.