19 may 2025 14:05
116

Bakı Ali Neft Məktəbi ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

BANM rektoru Elmar Qasımov imza mərasimində Memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“İki sahil” xəbər verir ki, Bayraktar Teknoloji Azərbaycan şirkətinin baş icraçı direktoru Hüseyin Topuz, əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini vurğulayıb.

Görüşdə həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-ın əməkdaşları iştirak ediblər.