Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".
Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”
31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması