20 may 2025 16:27
105

Fransa istintaqa görə Pavel Durovu ABŞ-a buraxmadı - "Politico"

Paris prokurorluğu Telegram-ın yaradıcısı Pavel Durovun ABŞ-a səyahət tələbini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədəd “Politico” öz mənbələrinə istinadla məlumat yayıb.

İş adamı investisiya fondları ilə danışıqlara getmək istəsə də, ötən il başlayan araşdırmaya görə ona ölkədən çıxmağa icazə verilməyib.

Durov 2024-cü ilin avqustunda Parisin Le Burje hava limanında saxlanılıb. O, əvvəlcə həbs edilib, sonra 5 milyon avro girov müqabilində sərbəst buraxılıb, lakin Fransadan çıxış qadağası qalıb. Sahibkara qarşı irəli sürülən ittihamlar arasında hüquq-mühafizə orqanları və Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina, həmçinin Telegram-da məlumatların şifrələnməsi xidmətlərinin düzgün göstərilməməsi də var.