Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təşəbbüsü ilə ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri davam edir.
“İki sahil” xəbər verir ki, növbəti görüş Lənkərandan seçilmiş millət vəkili, Elm və Təhsil Komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə Bakı Ali Neft Məktəbində təhsil alan Lənkəran rayonundan olan tələbələrin iştirakı ilə keçirilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
BANM-in gənc yazarı, gələcəyin mühəndisi, I kurs kimya mühəndisliyi tələbəsi Nihad Namazov özünün “Nədir Adım?” adlı kitabını millət vəkilinə təqdim edib.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib