22 may 2025 02:26
146

Oturaq iş kürəyimizi necə “məhv edir?”

Ofis işçilərinin 70%-i vaxtaşırı bel, oynaq və boyun nahiyəsində ağrılar yaşayır. Rusiyalı tibbi ekspert Andrey Zolotarev “Rossiya1”də yayımlanan sağlamlıq proqramında "ofis sindromu" ilə necə mübarizə aparmaqla bağlı danışıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, inkişaf etmiş ölkələrdə yetkin insanların 60%-dən çoxu oturaq həyat tərzi keçirir. Bu, əzələ atrofiyasına və osteoporoza səbəb olur.

Bir çox insan oturmağın onurğaya stress yaratmadığına inanır. Lakin bu, doğru deyil. Əksinə, oturaq həyat tərzi boyunyaxası və lumbosakral zonalara yükü artırır. Nəticədə, bel bölgəsinin təbii əyrisi yox olur, bu da interkostal nevralgiyaya səbəb olur.

Bəs bel ağrısını necə aradan qaldırmaq olar?

Hər 30 dəqiqədən bir isinmə hərəkətləri edin;

Sinədəki ağırlığı götürmək üçün məşqlər edin;

Həkim məsləhətilə uridin, sitidin və vitamin B6 kimi vitamin kompleksləri qəbul edin.

Nubar Süleymanova, “İki sahil”