Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçılarına təşəkkür ünvanlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Sülhə sarsılmaz sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edirəm. Müharibə nəticəsində yaranan enerji böhranı ilə mübarizədə bizə yardım etmək üçün əməkdaşlığınız mühüm əhəmiyyət kəsb edir. Sülh içində birləşərək, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik".
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir
Elçin Əmirbəyov Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib - FOTO