23 may 2025 08:47
102

Seul Vaşinqtonla Amerika hərbçilərinin sayının azaldılmasını müzakirə etməyib

Seul Vaşinqtonla Koreya yarımadasının cənubundakı Amerika hərbi kontingentinin sayının 28,5 min nəfərdən 24 min nəfərə endirilməsini müzakirə etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, iki ölkə arasında bu məsələlərlə bağlı heç bir müzakirə aparılmayıb.

Rəsmi Seul əlavə edib ki, birgə müdafiə imkanlarını gücləndirmək, Koreya yarımadasında sülh və sabitliyi möhkəmləndirmək üçün Vaşinqtonla əməkdaşlıq edəcək.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ-nin Cənubi Koreyadan təxminən 4,5 min əsgərini çıxarmaq imkanını nəzərdən keçirdiyini yazıb.