23 may 2025 14:34
111

BANM tələbələri AIRO 2025 də ilk üçlükdə

Bakı Ali Neft Məktəbinin 2-ci kurs tələbələri – İnformasiya təhlükəsizliyi ixtisasından Poladlı Rəvan və Proseslərin avtomatlaşdırılması ixtisasından Quliyev Zeynalxan Azərbaycan Beynəlxalq Robototexnika Olimpiadasında (AIRO 2025) Software Engineer kateqoriyasında təqdim etdikləri layihə ilə 3-cü yerə layiq görülüblər.

“İki sahil” xəbər verir ki, komanda tərəfindən hazırlanan proqram təminatı təhsil texnologiyaları sahəsinə yönəlib və funksionallığı, texniki həlli ilə münsiflər tərəfindən yüksək qiymətləndirilib.

AIRO 2025 yarışması robototexnika, mühəndislik və proqramlaşdırma sahələrində fəaliyyət göstərən gəncləri bir araya gətirib. Yarışma Mega Sumo, Mini Sumo, Lego Sumo, Lego Line, Line Follower, Robotic Startup və Software Engineer kateqoriyalarını əhatə edib.