SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları dünyanın müxtəlif ölkələrində müxtəlif mühüm vəzifələrdə fəaliyyət göstərərək, öz bilik və bacarıqlarını qlobal enerji sektoruna tətbiq etməyə davam edirlər.
“İki sahil” xəbər verir ki, Özbəkistanda fəaliyyət göstərən məzunumuz: Sukhrob Annamuradov (MBA, 2024-cü il məzunu)
Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində cənab Prezident İlham Əliyevə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin birgə layihələri barədə məlumat verib.
Hazırda “Özbəkneftqaz” ASC-nin Biznesin İnkişafı Departamentinin rəhbəridir. Ölkənin energetika sektorunda strateji inkişaf layihələrini idarə edir. Onun rəhbərlik etdiyi departament ölkənin neft və qaz sənayesinin inkişafında mühüm rol oynayır, eyni zamanda beynəlxalq əməkdaşlıq və investisiya layihələrinin uğurlu həyata keçirilməsinə böyük töhfələr verir. Sukhrob Annamuradov, BANM-də qazandığı mükəmməl təhsil və praktiki bacarıqlarını Özbəkistanın enerji sektorunda tətbiq edərək, bu sahədəki inkişafı daha da irəlilətməkdədir.
Məzunlarımıza uğurlar arzulayır, onlarla qürur duyuruq!