23 may 2025 21:50
97

Azərbaycanın minifutbol üzrə yığması dünya çempionatında ilk qələbəsini qazanıb

Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

“İki sahil” xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.

Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.