Serbiya ilə Macarıstanın tarixdə ən yaxşı münasibətlərə malikdirlər.
“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə deyib.
Aleksandar Vuçiç iki ölkə münasibətlərinin hazırki səviyyəsi ilə fəxr etdiyini vurğulayıb.
“Biz dörd mühüm mövzu üzrə strateji müzakirələr apardıq: geosiyasi vəziyyət və xarici siyasət, iqtisadiyyat və əlaqələrimizin genişləndirilməsi, müdafiə və təhlükəsizlik, o cümlədə hərbi sənaye istehsalı sahəsində əməkdaşlıq, eləcə də Serbiya və Macarıstan arasında bütün digər sahələrdə tərəfdaşlıq”, - deyə Aleksandar Vuçiç qeyd edib.