11 avqust 2017 15:18
386

Türkiyənin görkəmli aktyoru vəfat edib

Türkiyənin görkəmli aktyoru Seyfettin Karadayı vəfat edib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, 94 yaşlı aktyor İstanbulda Yeniköy məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Karadayı 1970-ci ildən bu sənətdə olub. Kemal Sunalla 12 filmdə birgə oynayıb. O, karyerası ərzində 750-dən çox filmdə və serialda rol alıb.