Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, ailə-məişət problemindən əziyyət çəkən sakinə dəstəyin göstərilməsi, mənzilinin çıxarışını almaqla bağlı vətəndaşın yaşadığı hüquqi çətinlik və s. bu kimi müxtəlif yönümlü mövzular başlıca yer almışdır.
Seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülüb və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.