24 may 2025 15:51
99

Monteneqro Prezidenti: ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq

Monteneqro ABŞ administrasiyasının Ukraynada davamlı sülhün əldə olunmasına dair bütün səylərini alqışlayır.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviç ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşdə deyib.

O, Monteneqronun ABŞ-ın müttəfiqi, etibarlı tərəfdaşı və dost ölkəsi olduğunu vurğulayıb: “Monteneqro və ABŞ ikitərəfli əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır. Biz razılaşdıq ki, müdafiə və iqtisadiyyat ilə investisiya sahəsi əməkdaşlığın təkmilləşdirilməsi üsullarının tapılmalı olduğu iki əsas sahədir”.

Yakov Milatoviç, həmçinin ölkəsinin ABŞ-ın dünyada çoxsaylı digər münaqişələrlə bağlı səylərini alqışladığını əlavə edib.