24 may 2025 18:33
90

"Azəryol" qadın həndbolçular arasında Azərbaycan Kubokunun qalibi olub

Qadın həndbolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub.

“İki sahil” xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Azəryol" və "Kür" komandaları qarşılaşıblar.

Maraqlı mübarizə şəraitində keçən matçda 35:28 hesabı ilə qələbə qazanan "Azəryol" titula sahib çıxıb.