Norveçdə azərbaycanlı icma üzvlərinin iştirakı ilə “Əqrəb mövsümü” serialının aktyorları Azər Aydəmir və Rövşən Məmmədli ilə görüş təşkil olunub.
“İki sahil” xəbər verir ki, təxminən 40 nəfərin iştirak etdiyi tədbir FNR Art şirkətinin təşəbbüsü və Norveç-Azərbaycan Gənclər Təşkilatının dəstəyi ilə gerçəkləşib. Tədbirin təşkilatçısı, FNR Art-ın təsisçisi və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Fariz Nadir Rzayev bildirib ki, tədbir yerli azərbaycanlıların təşəbbüsü ilə həyata keçirilib.
Görüş zamanı iştirakçılar aktyorlarla sual-cavab formatında ünsiyyət qurub, serialın mövzusu, çəkiliş prosesi və peşəkar fəaliyyətlər haqqında sualları cavablandırıblar.
Tədbirin sonunda isə baş rollarında Azər Aydəmirin yer aldığı “Otel Loo” filmi eksklüziv olaraq nümayiş etdirilib.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub