25 may 2025 02:20
88

PSJ 16-cı dəfə Fransa Kubokunun qalibi olub

PSJ Fransa kubokunun finalında "Reyms"i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə ölkə Kubokunu qazanıb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Parisin "Stad de Frans" stadionunda baş tutub.

Matçın əsas qəhrəmanı Bredli Barkola olub, fransız 2 qol vurub və məhsuldar ötürmə edib. Daha bir qolu Əşrəf Hakimi vurub.

Bundan əvvəl Luis Enrikenin komandası Birinci Liqanın qalibi olub. Fransa nəhəngi həmçinin Çempionlar Liqasını qazanmağı hədəfləyib. PSJ finalda "İnter"lə qarşılaşacaq.