Rusiya 300-ə yaxın pilotsuz uçuş aparatı və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya rekord sayda hava hücumu həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
Rusiya Federasiyasının Kursk vilayətindən 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, Saratov vilayətindən və Qara dənizdən buraxılan “Tu-95” və “Tu-160” strateji aviasiya təyyarələrindən 55 ədəd Kh-101 və Kalibr qanadlı raketləri, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketləri, 298 “Şahed” və digər növ hücum pilotsuz təyyarələri ilə hava huücumlarını reallaşdırıb.
Ukrayna hava hücumundan müdafə üçün aviasiya, zenit-raket qüvvələrindən, elektron döyüş bölmələri və mobil atəş qruplarından istifadə edib
Həmçinin, Rusiyanın 266 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onlardan 139-u atəşlə məhv edilib, 127-si elektron sistemlərlə söndürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.