25 may 2025 21:30
85

Səudiyyə Ərəbistanında bəzi turizm məkanlarında alkoqollu içkilərin istifadəsinə icazə veriləcək

2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.

“İki sahil” “travelandtourworld” saytına istinadla xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.

Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.

İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.