26 may 2025 01:22
92

ABŞ Avropadakı hərbi mövcudluğunu azaldacaq?

Yüksəksəviyyəli avropalı diplomatlar ABŞ-nin yaxın aylarda Avropadakı hərbi mövcudluğunun azaldılmasını elan edəcəyini gözləyirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti yazır.

Nəşrin məlumatına görə, NATO da oxşar ssenariyə hazırlaşır. Lakin bunun nə vaxt və hansı miqdarda olacağı hələ bəlli deyil.

Bildirilir ki, ABŞ hökuməti hazırda yeni milli müdafiə strategiyası hazırlayır. Sənədin yayın sonunadək hazır olacağı gözlənilir və onun Avropada qoşunların sayının azaldılması üçün əsas olacağı güman edilir.

Qeyd edək ki, vaxtilə ABŞ-nin keçmiş prezidenti Co Bayden Avropada NATO qüvvələrinin tərkibində xidmət edən ABŞ hərbçilərinin sayının təxminən 80 min nəfər olduğunu bəyan edib.