İspaniya ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərindən gözlədiyi kimi, 2032-ci ilə qədər öz üzvlərinin müdafiə xərclərini ümumi daxili məhsun (ÜDM) 5%-ə çatdırmaq məqsədini dəstəkləmək planlarını hələ də elan etməyən yeganə böyük NATO ölkəsi olaraq qalır.
“İki sahil” “Financial Times”ə istinadla xəbər verir ki, planlaşdırma ilə tanış olan mənbələrə görə, rəsmi Madrid iyunun əvvəlində Brüsseldə müdafiə nazirlərinin görüşündə NATO-ya üzv ölkələr üçün yeni ümumi məqsəd elan etmək məqsədi ilə müdafiə xərclərini artırmağı öhdəsinə götürmək üçün təzyiq altındadır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”