26 may 2025 10:53
378

Rəvan Həsənov: İslamofobiya getdikcə daha geniş yayılan ayrı-seçkilik formasına çevrilir

İslamofobiya bir çox qərb cəmiyyətlərində getdikcə daha geniş yayılan ayrı-seçkilik formasına çevrilir.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, islamofobiya nifrətə təhrik, təcrid siyasəti və hətta zorakılıq aktlarında özünü göstərir.