26 may 2025 11:05
115

BMT rəsmisi bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb

İslamofobiya ilə mübarizə üzrə BMT-nin xüsusi nümayəndəsi Migel Anxel Moratinos bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarına video müraciətində bildirib.