Xalq artisti Tünzalə Ağayevanın ABŞ Səfirliyinin teșkil etdiyi medeniyyet üzrə işgüzar səfəri davam edir.
“İki sahil” xəbər verir ki, pop ulduz bu dəfə Los-Angelesdə qonaq olub. Sevilən müğənni orada ştatın musiqiçiləri ilə görüşüb. Daha sonra bir neçə dünyaca məşhur musiqili məktəb və kollecleri ziyarət edib.
Estrada ulduzu səfəri çərçivəsində dünya musiqisinin tarixi və incisi olan “Grammy” muzeyində qonağı olub. Oradaki tarixi nümunələrlə yaxından tanış olub.
Sevilən müğənni bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq “Beynəlxalq “Grammy” mükafatını hər bir peşəkar musiqiçi dostlarıma diləyirəm” şərhini qeyd edib.
Estrada ulduzunun paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanılıb.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub