26 may 2025 14:06
202

Professor Dr.İsmayıl Tosun BANM-da: Təcrübə və baxışların paylaşımı

Orta Doğu Texniki Universitetinin təqaüddə olan professoru, Türkiyə Ali Təhsil Şurasının sabiq sədr müavini Prof. Dr. İsmayıl Tosun Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində o, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva ilə görüş keçirib, universitetin fəaliyyəti və tədris prosesi ilə bağlı ətraflı məlumat alıb.

Qonağımız kampus ərazisində olub, müxtəlif laboratoriyaları gəzərək onların avadanlıqları və iş prinsipi ilə yaxından tanış olub.