26 may 2025 14:06
130

Mərakeşli nümayəndə: Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır

Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır.

“İki sahil” xəbər verir ki, bunu Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdouidi Cavad (Kerdoudi Javad) Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

Mərakeş təmsilçisi islamofobiyanın qarşısının alınması üçün bir neçə fikir irəli sürüb:

"Müsəlman dünyasında dinin önəmi hər zaman vurğulanır. Eyni zamanda, İslam dini tolerantlığı yaymağın tərəfdarıdır. Amma bəzi Qərb ölkələri bundan xəbərsizdir. Biz özümüz maariflənməli, daha sonra isə İslam dini barədə həqiqətləri onlara çatdırmalıyıq.

Dini təhsili də əhəmiyyətli hesab edirəm. İslam barədə doğru proqramlar hazırlanmalıdır. Qadınların dini strukturlarda rolunun artırılması da zəruridir. İmam vəzifəsini daşıyan şəxslər də diqqət mərkəzində saxlanılmalıdır".