26 may 2025 14:09
137

Tural Gəncəliyev: Müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb

Dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyllərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.

Tural Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. O vurğulayıb ki, islamofobiya ilə irqçilik arasında sıx əlaqə mövcuddur: “Əfsuslar olsun ki, Avropada ifrat sağçı siyasi hərəkatların fəallığını müşahidə edirik. Onlar irqçilik zəminində insanlara hücum etmək üçün islamofob cərəyanlardan da istifadə edirlər”

Deputatın sözlərinə görə, islamofobiya dini zəmində ayrı-seçkilik kimi, heç bir sərhəd tanımır. Avropa ölkələrindən İsveçrədə, Fransada, Almaniyada yaşayan ağdərili avropalı müsəlmanlar belə islamofob cərəyanların təzyiqi və hücumları ilə üzləşirlər.