Bir araya gələrək birgə yaşayışın əhəmiyyətini və onun bəşəriyyət üçün nə qədər vacib olduğunu müzakirə etmək çox önəmlidir.
“İki sahil” xəbər verir ki, bu fikri Birləşmiş Ərəb Əmirliklərinin İnsan Qardaşlığının Ali Komitəsinin müşaviri Herizal Həzri Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın panel iclasında səsləndirib.
“Bu, sadəcə mənəvi arqument deyil, hazırda yaşadığımız və mövcud olan sistematik problemdir. Bu səbəbdən ona qarşı mübarizə də sistemli olmalıdır. Biz bilirik ki, birgə yaşayışı təbliğ etmək təkcə mənəvi prinsiplərlə məhdudlaşmamalıdır. Bununla yanaşı, elmi yanaşmamız da olmalıdır. Çünki birgə yaşayış bəşəriyyətin sağ qalması üçün vacibdir”, - deyə müşavir qeyd edib.