27 may 2025 14:06
426

Biz reallıqda bəzi təhriflərlə üz-üzəyik - Əbdül Rəhim Əl-Bayumi

Biz bu fikirdə həmrəyik ki, İslamofobiya adlı reallıq var. Eyni zamanda, hər kəs öz dini irsini qorumağa çalışır. Bu irs yalnız maddi deyil, eyni zamanda, məlumat və dəyərlər toplusudur.

“İki sahil” xəbər verir ki, bunu İslam işləri üzrə Ali şuranın Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusunda panel iclasda söyləyib.

"Biz reallıqda bəzi təhriflərlə üz-üzəyik – bunlar praktikada müşahidə olunan yanlış davranışlar və fikir axınlarıdır. Təəssüf ki, bu təhriflərin kökü çox zaman məsələyə şüursuz, səthi və metodsuz yanaşmalardan qaynaqlanır. Əgər biz irsi yalnız formal şəkildə qoruyuruqsa, lakin onu cəmiyyətlərin rifahına xidmət edən bir vasitə kimi görmürüksə, bu irsi canlı saxlamaq mümkün deyil", - deyə o diqqətə çatdırıb.