Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən "İki sahil"ə verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib
Hər üç şagirddən ikisi mətnləri oxusa da, oxuduğunu yetərincə anlaya bilmir - Emin Əmrullayev
Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib